Facebook Script

HƏMRƏYLİK SƏSİ — SONA KALANDADZE İCTİMAİ YAYIMÇININ YÜRÜŞLƏRİ VƏ DİLƏ GƏLMİŞ KÖRPÜLƏR HAQQINDA

Köçkünlərə həmrəylik!

Müəllimlərə həmrəylik!

Evdar qadınlara həmrəylik!

Mədənçilərə həmrəylik!

Cinsi azlıqlara həmrəylik!

Etnik azlıqlara həmrəylik!

Tələbələrə həmrəylik!

Dini azlıqlara həmrəylik!

Bütün məzlumlara həmrəylik!

Əgər siz də mənim kimi 2007-ci ildən bəri etiraz aksiyalarındasınızsa, razılaşarsınız ki, bu qruplara həmrəylik səsi heç bir yerdə İctimai Yayım binasından Gürcüstan parlamentinə gedən yolda bu qədər aydın, bu qədər güclü və tez-tez eşidilməyib.

Bu, etirazda özünü, kimliyini, varlığını görmək, dərk etmək üçün hər kəsin ən azı bir dəfə keçməsi lazım olan yoldur. Bizim, mütəmadi şəkildə bu etirazda olan adamların, tez-tez səs əksikliyimiz olur. Biz onu tez-tez müxtəlif platformalarda, siyasi səhnədə, o cümlədən Rustavelidə axtarmışıq, lakin tapa bilməmişik. Artıq bir neçə həftədir ki, vətəndaşların “İctimai Yayımçı Marşı” adlandırdıqları bu yürüş vəziyyəti dəyişib. Bu həftələr ərzində bir səs digəri ilə, bir mesaj başqa bir mesajla əvəz olunur. Tələblər, çağırışlar artır və onların ardınca hər birimizi birləşdirən səslər, ağrımız, etirazımız, qəzəbimiz, ümidimiz güclənir və bütün bunlar əlavə məna kəsb edir. 

Bu səslərdən biri də “bizim” Sona Kalandadzeyə məxsusdur. Ondan kim olduğunu soruşsanız, o, sənətçi və iki uşaq anası olduğunu söyləyəcək. Başqalarından soruşsan, deyəcəklər ki, o, rəssamdır, iki uşaq anasıdır, ictimai fəaldır. Sonanın özü bu sözü işlətməkdən çəkinir, çünki o, onun üçün ən qiymətli olan dəyərləri, azadlıq və müstəqilliyi məhdudlaşdıracaq bir şeylə özünü eyniləşdirmək istəmir. Çalışıram ki, heç kimin gözünə görünmədən, sakitcə öz işimi görəm, bunu Sonadan eşidəcəksiniz, amma səsin etiraz simvoluna çevriləndə, artıq cəmiyyətin böyük bir hissəsinin diqqətindən, gözündən yayınmaq çətindir. Düzünü desəm, susmaq da artıq işə yaramır, çünki onun qəzəbi, etirazı, müqaviməti kifayət qədər yüksəkdir.

"İctimai Yayımçı Marşı”nda səslənən mesajlar necə yarandı?

— Bilirsiniz, necədir... Bir çox ifadələrin müəllifi, məsələn, şair Tamar Çumaşvilidir, amma bu yolda tam səslənən bu mətn yavaş-yavaş əslində xalqa məxsuslaşmağa başladı, çünki həmişə yeni mesajlar əlavə olunmağa davam edir. Əgər kimisə nəsə incidirsə, bunu gəlib bizimlə paylaşarsa yeni söz əlavə olunacaq, başqası başqa bir şeydən əziyyət çəkir və s. Nağıllara xalq nağılı deyildiyi kimi, bu da belə yaranır. Əvvəlcədən tələblər yalnız İctimai Yayımçının prizmasından və efir vaxtının güzəşt edilməsi ilə bağlı idi. Halbuki, sonra fikirləşirsən ki, bu efir vaxtını kimin üçün tələb edirsən, kimin səsini eşitmək istəyirsən. Biz ilk dəfə bu veriliş haqqını alanda, verilişə çoxlu insanlar gəlirdi, onların onsuz da hər yerdə, hər media məkanında platformaları var, ona görə də bu dəfə onlara efir vaxtının verilməsi mənim üçün çox qəbuledilməz idi, çünki bu şəxslər səsi eşidilməyən adamlar deyildi. Bundan sonra biz daha yaxşı anladıq ki, əsas vurğu səsi doğrudan da heç yerdə eşidilməyən siravi vətəndaşa yönəlməlidi. Beləliklə, yavaş-yavaş və prosesi müşahidə edərək, nəhayət, insanların çox tez qəbul etdiyi mesajları və “çağırışları” yarada bildik. Bu gün qəzəbimizi və etirazımızı ifadə edən kifayət qədər uzun bir mətnimiz var.

Düşünürəm ki, bütün bu yol bir tamaşaya bənzəyir. Bu canlı prosesdir, zamanı da improvizasiya etməlisən və bu prosesə sizinlə bərabər “izləyicilər” də qoşulur. Bu yolu necə getdiyinizi təsvir edə bilərsinizmi?

— Bəli, həqiqətən də canlı prosesdir və çox yaxşı prosesdir. “Meqafonun” yanında duranda adi qaydada danışa bilmirsən. Nədən sonra nəyi deyəcəyini də dəqiq bilmək olmur, çünki bu həmin vaxt sənin ətrafında nə baş verdiyinə bağlıdır. Getdiyim zaman əgər görürəm ki, polis mənə mane olur, bu vaxt “Efir xalqa, bina şəhərə” deyib qışqıra bilmərəm. Orada mən artıq polis rejiminin devrilməsi və ədalətsiz məhkəməyə aid ifadələr səsləndirməyə başlayıram. {Ədalətsiz məhkəmə, xalqın gücündən qorx!}; Məsələn, avtobus dayanacağına gedəndə və ya insanların çox olduğu yerdən keçəndə sadəcə qışqırmaq istəyirəm: "Gürcüstan, ayağa qalx, üsyan et!", çünki əminəm ki, bu ən çox duyğuları oyadan və sizi səs-küy salmağa, müqavimət göstərməyə, mübarizə aparmağa sövq edən mesajdır. Bir sözlə, “meqafonun yanında” olduğunuz zaman emosiya dənizi var və siz nə vaxt və nə deyəcəyinizi əvvəlcədən rasional olaraq müəyyən edə bilmirsiniz, hətta kontekstdən kənar danışmağa meyl edirsiniz.

Yadımdadır, bir gün çox həyacanlı idin. Açığı yaxşı deyildin və bu qədər yolda dayanmadan qışqırmağı necə bacarır deyə öz-özümə fikirləşirdim. Bir az sonra yürüş də başladı və bunu necə bacardın bilmirəm, amma birdən sən, o cılız qadından çox güclü, qəzəbli və enerjili bir qadına çevrildin. O günü xatırlayırsan? Belə vaxtlarda sizə motivasiya/güc verən nədir?

— Bəli, xatırlayıram. Həmin gün çox stresli idim və narahatçılığım vardı. Mən belə olanda bir az bitki mənşəli sakitləşdirici qəbul edirəm, adətən valerian. Həmin gün özümdə yox idi. Çox adamdan soruşdum, amma heç kimdə yox idi. Həmin an heç onu almaq vaxtı deyildi. Sonra kimsə mənə Vyetnam məlhəmi verdi və mən onu bir az özümə gəlmək üçün üçün burnuma və əllərimə sürtdüm. Pis olacağımdan qorxurdum ki, bu adamları da narahat etməyim. Həmin gün xüsusilə bir neçə nəfərin mənə yaxın olmasını, bu enerjini daha çox hiss etməyi və tək qalmamağı çox istəyirdim. Bəli, onsuz da çox adam olur, amma yenə də sizin üçün əziz olan insanlara baxanda özünü fərqli hiss edirsiniz. Və ümumiyyətlə, bu mübarizədə bir-birinin qayğısına qalmaq ən başlıca və əhəmiyyətli şeydir. Yadımdadır, həmin gün balacaya [dostunun adı] mənə yaxın dur demişdim, sonra həqiqətən də onun səsini xalqın içində axtarırdım. Onun və ya başqa bir yaxın adamın səsini eşidəndə güc və enerji artır. Yadımdadır ki, həmin gün çox qəzəbli idim. Qəzəb də öz növbəsində enerjidir. Həmin gün məhz məni də qəzəb təşviş vəziyyətindən çıxartdı. Son zamanlar İctimai Yayımçı yürüşünü xüsusilə sıxışdırırlar, xüsusən bizə ona görə əngəl törədirlər ki, bu yürüşün səs-küyü və xalq, Rustaveliyə elə bir enerji gətirir ki, insanlar idarəolunmaz olur, polis çaş-baş qalır. Düşünürəm ki, İctimai Yayımçı yürüşü ümumi etiraza xüsusi məna qatır. Biz həm fiziki, həm də mənəvi cəhətdən çox çətin mübarizədəyik. Bu boyda qışdan keçdik. Bununla yanaşı İctimai Yayımçı yaxınlığında hava xüsusilə soyuqdur, gəzməyə, isinməyə yer yoxdur, bu məzmunu, bu mesajların mənasını başa düşə bilmirsənsə, bu qədər uzun vaxtda, günlərlə orada dayana bilməzsən, ona görə də az adam olur. Bu məzmun və məna hətta özümü pis hiss edəndə belə mənə enerji və güc verir. İnsanlar və məzmun.

Fevralın 18-də Tbilisidə və digər şəhərlərdə bir çox körpülərdən eyni vaxtda müxtəlif mesajlar olan bannerlərin asıldığı müqavimət aktına da toxunmalıyam, məsələn: “Külək bütü parçalayacaq”, “Gürcüstanı Balda da qoruyun!”, “Polis qanunu pozur”, “Bir-birimizə ehtiyacımız olanda bir-birimizi tərk etməyəcəyik” və s. Yəqin ki, bu aylar ərzində şəxsən mənim üçün ən xoş müqavimətlərdən biri idi və bunun bir hissəsi olduğum üçün şadam. Düzdür, bilirəm, amma yenə də bu etirazın iştirakçılarından biri kimi sizdən soruşuram ki, bu günün manifesti nə idi, dilə gəlmiş körpülərin məqsədi və ümumi mesajı nə idi?

— Bu günün manifestini, bu müqavimətdə iştirak edən hər bir vətəndaşın sözlərini bu mətndə ifadə etmişik:

 

“Faciə, qəddarlıq, xəsislik, propaqanda və oliqarx istəkləri ilə alovlanan polis rejiminə hər gün zorakılıqla bizi susdurmağa, bizi parçalamağa, aramızda qorxu və çəkişmələr salmağa çalışır, biz isə birliklə cavab veririk”.

 

Yalanlara, təhrif olunmuş reallığa, siyasi cəhətdən korlanmış elitalara və onların gündəliyinə cavab veririk:

 

Üsyandır, bizim cavabımız!

Qəzəblənməkdir, bizim cavabımız!

Sui-qəsddir, bizim cavabımız!

Alovandırmaqdır, bizim cavabımız!

 

Biz hər yerdə dururuq, bütün Gürcüstanda dayanmışıq, yan-yana dururuq və körpülər qururuq, biri birimizə keçən körpülər və azadlıq, bərabərlik və həmrəylik üçün mübarizə aparırıq”.

 

Dilə gəlmiş, susmuş körpülərin bir çox fərqli mənaları var idi, lakin ümumilikdə əsas məqsəd qeyri-mərkəzləşməyə doğru və sınmış körpülərin bərpası istiqamətində addımlar atmaq idi. Biz göstərmək istədik ki, konkret bir yerdən nəsə eşidilmir, mübarizə təkcə bu konkret məkanda deyil, mübarizə bütün ölkədə gedir. Bu gün bizi sadəcə olaraq sayca deyil, ideoloji olaraq  gücləndirən və sayımızı artıran olduqca əhəmiyyətli olan birlik və əlaqə çatışmır. Baldanı saymasaq indi belə mesajlar yalnız şəhərlərdən gəlir, ümid edirəm ki, tezliklə heç kimin adını çəkmədiyi kəndlərdən belə oxşar mesajlar eşidiləcək, məsələn, anamın doğulduğu, heç bir mübarizədə adı çəkilməyən Anaqa kəndi kimi. İnsanlar müxtəlif qruplarda “biz rayonlardan Tiflisə gəlirik yazırlar, buna mən etiraz edirəm... Yox, gəlməməlisən. Hardasansa ordan mübarizənizi aparın...Hardasansa. Mən fikirləşirəm ki, heç Tbilisiyə də gəlməməlisən, əslində Rustaveliyə gəlməyə də ehtiyac yoxdur. Muxianidəki binanızın qabağında dayanıb oradan da mübarizə aparıb, oradan da qışqıra bilərsiniz. Bəli, tarixən Parlament binası və Rustaveli prospekti bizim üçün böyük əhəmiyyət kəsb edib, amma bizim üçün bir vətəndaş olaraq Parlament binası və o küçə çoxdan qapalı dairənin əsas yerlərindən birinə çevrilib və lap beş il orada dayansaq belə, heç kimə diskomfort yarada bilməyəcəyik. Bu gün mən artıq üşünürəm ki, bura bizim gücümüzü alan və bizi  dövrə vurduran yerdir. Mən illərdir bunu, bu birliyi gözləyirəm ki, Gürcüstanın hər yerindən müqavimətin səsi eşidilsin. 

Tbilisidə, Voroncov körpüsündə belə baner var idi: “Döyüş alovunda, əlində od tutan qadın, millətdə ümid doğurur”. Sosial şəbəkələrdə tez-tez, “bu etirazın qadın səsi var”  deyə şərhlərə rast gəlirəm. İctimai Yayımçı yürüşünə tez-tez qatılırsınızsa, bununla razılaşmamaq çətindir. Bu gün ən mühüm mesajlar məhz bu yolda qadınlar tərəfindən səsləndirilir. 

— Həqiqətən elədir. Ancaq tariximizə nəzər salsaq görərik ki, bunda heç də yeni bir şey yoxdur. Bunu ona görə deyirəm ki, bu etirazda qadın səsinin bu qədər aydın eşidilməsi mənim və ya bir neçə qadının şəxsən xidməti sayəsində baş vermir. Ümumiyyətlə, qadının xarakteri belədir - möhkəm, əqli cəhətdən güclü, dözümlüdür. Qadınlar həmişə mübarizə etməyi bacarıblar, bu, indi uydurulan bir şey deyil. Bəlkə biz də, belə desək, solçu qadınlar da, konkret məkanda qoçaqlıq göstərərək bu səsi “tapmışıq”, bilmirəm... Ancaq aydındır ki, yalnız biz deyilik, məsələn, Qotanı qeyd etməyə bilmərəm. Yürüş başlamazdan əvvəl boşluğu dolduran əsasən Qota olur, Qota danışır, qışqırır. O, çox yaxşı insandır, mən onu çox sevirəm və ona dəstək olmaq bizim üçün vacibdir. O, təkcə fiziki olaraq “megafon” daşımır ki, həm də çox vacib olan, bu çətin yolda bizim yanımızda dayanaraq, mənəvi cəhətdən bizi ruhlandırır. Sonda isə, bu “megafonda” eşidilən bütün səslər əslində ayrı-ayrı şəxslərin deyil, bizim, cəmiyyətimizin səsidir.

Çoxlu fərqli səslərə baxmayaraq, Sonanın səsi mənim üçün xüsusilə qiymətlidir, çünki onun səsini ilk dəfə mübarizənin məqsədini və istiqamətini görə bilməyəndə eşitdim və uzun illərdən sonra ilk dəfə idi ki, mübarizəni davam etdirib özümü və öz əhəmiyyətimi bu prosesdə görə biləcəyəmmi deyə çox qorxurdum. Qldanidə polis rejiminə qarşı yürüş təşkil olunanda mən ora son gücümü toplayaraq getdim. Sanki özümə ya da bu prosesə bir şans daha verdim. Yürüş başlayandan bir az sonra “Megafon”da inanılmaz dərəcədə güclü, enerjili, melodik, qəzəbli, eyni zamanda ümid dolu bir səs eşitdim. “Oliqarxiyaya od ələnsin”, hələ o vaxt, mənə məlum olmayan qadın qışqırırdı lakin camaat onun qışqırtısını hələ təkrarlamadan o, qəfildən o biri əlində siqareti tələsə-tələsə çəkir və sonra sözünə davam edirdi: “Oliqarxiyaya od ələnsin ”, “Fəhlələrə həmrəylik”, “Cinsi azlıqlara həmrəylik”.

Mən şəxsən, Sona Kalandadzeni hələ İctimai Yayımçı yürüşlərindən əvvəl kəşf etmişdim.

Və sonra başa düşdüm ki, bu, mütləq arxasınca gedəcəyim səsdir, çünki əmin idim ki, bu səs məni uzun illərdir bütün cəmiyyətimizin çatışmayan məzmununu kəşf edəcəyim bir məkana aparacaqdı.

Məqalənin müəllifi: İnqa Ğoğoberidze

Respondent: Sona Kalandadze

Əsas şəkil: Vaxo Kareli/ April Media

Məqalə Urgent Action Fund-nun maliyyə dəstəyi ilə hazırlanmışdır.

მსგავსი სტატიები

გენდერული როლები

გენდერული როლები — ის, რასაც საზოგადოება გვავალდებულებს

გენდერული როლები არის ის ქცევები და ნიშან-თვისებები, რომლებსაც საზოგადოება უწესებს ადამიანებს მათი ბიოლოგიური სქესის მიხედვით

საკითხავი
ფემინიზმი, ბარიერები

ბარიერების დაძლევა — ფემინიზმის ანბანი

ქალების ყოველდღიურობა სავსეა ხილული თუ უხილავი ბარიერებით, რომლებიც იმდენად ფესვგადგმულია, რომ საზოგადოების მხრიდან პრობლემად არც აღიქმება. გენდერული როლებით განსაზღვრულ რეალობაში უყურადღებოდ რჩება ის სირთულეები, რომელთა დაძლევაც ქალებს ყოველღიურად უწევთ.

საკითხავი
ფემინიზმი, გაუპატიურება, ქალები, ძალადობა

გაუპატიურების კულტურა — როგორ ექცევა საზოგადოება ძალადობის მსხვერპლს?

რას ნიშნავს გაუპატიურების კულტურა? — ეს არის გარემო, რომელშიც გაუპატიურება და სექსუალური ძალადობა გავრცელებული და ნორმალიზებულია.

სექსუალური ძალადობა
ფემინიზმი, განათლება, ქალები

განათლება — ფემინიზმის ანბანი

საუკუნეების განმავლობაში ნაშენებმა პატრიარქალურმა სისტემამ და კონკრეტულმა რელიგიურმა და კულტურულმა პრაქტიკებმა გოგოებს შეზღუდული, არაჯანსაღი, როლები განუსაზღვრა საზოგადოებაში და ადგილი არ დაუტოვა განათლებისა და პიროვნული განვითარებისთვის.

საკითხავი
სახელფასო სხვაობა, ფემინიზმი, ქალები, სამსახური, ხელფასი

სახელფასო სხვაობა — რატომ აქვთ ქალებსა და კაცებს არათანაბარი ანაზღაურება?

გენდერული ნიშნით სახელფასო სხვაობას დიდი ისტორია აქვს და ის მაშინვე გამოიკვეთა, როგორც კი ქალები შრომით ბაზარზე გამოჩნდნენ. დღემდე ქალების საშუალო ხელფასი კაცების საშუალო ხელფასზე ნაკლებია.

საკითხავი

გააზიარე სტატია

HƏMRƏYLİK SƏSİ — SONA KALANDADZE İCTİMAİ YAYIMÇININ YÜRÜŞLƏRİ VƏ DİLƏ GƏLMİŞ KÖRPÜLƏR HAQQINDA

ხშირად დასმული კითხვები

?

...

დამატებითი ინფორმაცია