Facebook Script

SİYASİ ETİRAZLAR ZAMANI VƏTƏNDAŞLARIN EMOSİONAL ZƏRƏRİNİN ANATOMİYASI — PSİXOLOQLA MÜSAHİBƏ

"Bütün bunlar bitəndən sonra mənə, dostlarıma və ailəm üzvlərimə bu mənəvi ziyanı kim ödəyəcək?", aksiya iştirakçılarından biri sosial şəbəkədə yazıb. 

Etirazlar hələ insanların fiziki hücuma məruz qaldığı mərhələsində olduğu vaxtda belə, heç kimin onların mental sağlamlıqları haqqında belə düşünməyə vaxtıları qalmırdı. Əsas diqqət vətəndaşların döyülməsinə, zədələnmiş bədən hissələrinə, qanlı üzlərinə yetirilirdi. Prinsipcə, aksiyanın fəal iştirakçıları indi bu haqda düşünməyə belə vaxt tapa bilmirlər, çünki aksiya 40 gündən artıqdır ki, davam edir və bizim hər birimizin fiziki iştirakımızı tələb edir. Müvafiq olaraq sosial şəbəkələr çox vaxt cəmiyyət üçün emosiyaların ifadəsi üçün yeganə platforma olaraq qalır, burada siz digər insanın nə qədər stres keçirməsi və bu emosiyaların öhdəsindən gəlməyin nə qədər çətin olması barədə çoxsaylı şərhlər tapa bilərsiniz.

Siyasi proseslərin mental sağlamlığımıza təsirinini daha yaxşı başa düşmək üçün psixoloq David Jincharadze ilə söhbət apardım.

Siyasi proseslər və insanın mental sağlamlığı arasında əlaqə varmı?

— Ümumiyyətlə, siyasi proseslər və insanın mental sağlamlığı arasında sıx əlaqə var. Hətta insanın necə uşaqlıq dövrü olmasını onun yetkinlik dövründə siyasi hadisələrə münasibəti müəyyən edə bilər. Məsələn, uşaqlıqda valideynlərinə sağlam münasibət bəsləyənlərin sonradan iqlim dəyişikliyinə daha empatik münasibət bəslədiyini göstərən araşdırmalar mövcuddur. Siyasi proseslərin mental sağlamlığa təsirinə gəlincə, aydındır ki, zorakı mühit cəmiyyətin mental vəziyyətinə təsir edir. Məsələn, insanların işgəncəsi ilə nəticələnən etiraz aksiyaları təkcə birbaşa iştirakçılarda deyil, sonrakı nəsillərdə də iz buraxır. Psixoterapiyada belə hesab olunur ki, nənəm əgər müharibə travması keçiribsə, bu mənə də hər hansı mənada təsir göstərəcək. Ona görə də “Gürcü Arzusu” ailə dəyərlərini və uşaqları qorumaq istədiklərini deyəndə, uşaqları qorumaq üçünsə ən yaxşı yol ölkədə işgəncənin olmamasıdır.

İşgəncədən bəhs etmişkən, dövlət tərəfindən vətəndaşlara qarşı fiziki zorakılığın cəmiyyətin mental sağlamlığına necə təsir etməsindən daha çox danışa bilərsinizmi?

— İşgəncə və ya fiziki zorakılıq mənfi düşüncələr və emosiyalar, yuxusuzluq, gücsüzlük hissləri, qəzəb, həddindən artıq həyəcan və digər simptomlarda özünü göstərə bilən mürəkkəb posttravmatik stres pozğunluğuna (PTSD) səbəb olur. Ən əsası isə bütün bunlar dərhal baş vermir, illər sonra üzə çıxa bilər. Ən əsası isə bütün bunlar bir anda deyil, illər sonra üzə çıxa bilər. Bioloji tərəfdən desək, insanlarda stres hormonu kortizol var və bu, hətta həyatımızda da zəruridir. Səhər oyandığınız zaman, məsələn, bu stres hormonu yüksək olur və gün ərzində azalır, lakin bu hormon yüksək olduqda və enməkdə çətinlik çəkəndə, bunun nəticəsində PTSD inkişaf edə bilər. Eləcədə işgəncəni bilavasitə yaşayanlar illər sonra psixo-somatik ağrı hiss edə bilərlər. Bu o deməkdir ki, zorakılıq nəticəsində zədələnmiş bədən hissəsi xilas edilə bilər, ancaq konkret olaraq həmin yer hələdə ağrıyır. İşgəncələrdən başqa, aksiyada fiziki olaraq durmaq bizim sinir sistemimizə təsir göstərir. Ümumiyyətlə, hər hansı gözlənilməz hadisə və rutindən uzaqlaşma bədənə mənfi təsir göstərir. Aktiv və passiv sinir sistemimiz var. Biri təşvişə salır, digəri isə sakitləşirdirir. Normal həyatda bu sistemlər tarazlı şəkildə işləyir. Lazım olanda insanları təşvişə salır, lazım olanda isə sakitləşirdirir, amma bugünkü etiraz aksiyaları və ən əsası hakim partiyanın bu etirazlara şiddətli reaksiyaları bu sistemlərin fəaliyyətini də tamamilə pozub. Nümayişlərin sinir sistemimizə böyük ziyan vuran gündəlik rejimi pozması ilə yanaşı, buna tez-tez ümidsizlik hissi, ümidsiz vəziyyətdə olduğunuz və çıxış yolunun olmaması hissi də əlavə olunur. Bu iki emosiya xüsusilə iqtisadi çətinliklərin olduğu ölkələrdə yaşayan insanlar arasında daha güclüdür. İnsan (eləcədə heyvanlarda) elə bir iqtisadi vəziyyətə düşə bilər ki, yaşamaq üçün mübarizə aparmalı olar, hər cür dəyişiklik onun üçün stres yarada bilər. Daha çoxda gələcəyi sual altında ola bilənlər.

Aksiya zamanı zorakılığın və ya ümumi gərgin mühitin yaratdığı emosiyalarla yanaşı, aksiya iştirakçıları bir saatlıq da olsa, bu proseslərdən uzaq qaldıqda tez-tez özlərini günahkar hiss edirlər. Evdə qalsalar belə, bütün vaxtlarını sosial şəbəkələrdə məlumat axtarmaq və oxumaqla keçirirlər. Bu insanlara nə məsləhət görürsən?

— Günahkarlıq hissi mühüm hissdir, nəzərə alsaq ki, insan çox vaxt bunu heç bir səbəb olmadan hiss edə bilər və bu, ümumiyyətlə, öz hərəkətlərindən yaranmaya da bilər. Bu, elə bu halda da belədir. Bizdə belə bir hiss var ki, sanki 24 saat aksiyada dayanmasaq, yəni sanki nəsə pis şey etmiş oluruq. Gəlin buna bu şəkildə baxaq. Gəlin özümüzə sual verək: nə edə bilərik və nə edirik? Məsələn, bir həftə götürək və bu vaxt ərzində etiraza nə qədər vaxt ayırdığımıza baxaq. Belə desək, əgər ki, bir həftə ərzində beş günü aksiyada keçirirəmsə, yəni bu da həftənin 70%-ni təşkil edir, o zaman özümüzə belə məntiqi sual verək: Vaxtımın 70%-ni mitinqdə olmağa həsr etmişəm, bir saat musiqi dinləməyə, kinoya baxmağa və ya hər hansısa formada özümə vaxt ayırmağa mənəvi haqqım yoxdur? Çünki bunu etməli olan insanlar, yəni demokratiyanı qorumalı olan hökumət nümayəndələri, onlar vaxtlarının 1%-ni belə bu işə ayırmırlar, mən isə 70%-ni sərf edirəm, ona görə də mənim özümü günahlandırmağın bununla heç bir əlaqəsi yoxdur. Müvafiq olaraq, bəli, mənim bir neçə saat dincəlmək hüququm var. Özünə qulluq və özünə şəfqət çox vacibdir və bizim cəmiyyətdə isə bunu öyrənmək çətindir. Özünüzə təşəkkür etmək bizim mədəniyyətimizdə bir az qəribədir, lakin minnətdarlıq hissi çox zəruridir.

Mental sağlamlığımızı mümkün qədər pisləşmədən qorumaq üçün hər gün nə edə bilərik?

— Məsələn “Zehinlilik” (Mindfulness) kimi heç bir çətinlik yaratmayan müəyyən təcrübələr var. Bunun üçün gündə beş dəqiqə vaxt ayırmaq belə kifayətdir. Sadəcə olaraq, bu beş dəqiqəni bədənimizdə hansı proseslərin baş verdiyini anlamağa həsr etməliyik. Məsələn, mədədə, qollarda və çiyinlərdə hansı hissləri hiss etdiyinizə diqqət yetirməlisiniz. Hər yerdə. Bu hissləri sadəcə müşahidə etmək belə vacibdir, çünki bu vaxt bu daxili proseslərə diqqəti artırır. Beləliklə insan öz bədənini yaxşı tanıyır və bu onun zehninə kömək edir.

 

İkinci təcrübə əzələlərin rahatlamasıdır. Bu da çox sadədir. Oturursunuz və harada gərginlik hiss etdiyinizi müşahidə edirsiniz. Məsələn, sizin çiyinlərinizin bu qədər dayanmaqdan gərgin olub olmadığına diqqət edirsiniz. Ümumiyyətlə, etirazlar zamanı, tez-tez aksiyada durarkən və ya adi halda, stres zamanı ən çox çənə və alt çənəmiz gərginləşir. Bu hissələrə diqqət yetirmək vacibdir. Nəfəs almaqla yanaşı bu hissələri rahatlatmalıyıq, buraxmalıyıq, əzələləri rahatlatmalıyıq. Bunu gündə ən azı beş dəqiqə etsək, kifayət qədər efektiv nəticələr əldə edəcəyik.

 

Stres panik hücuma (atak) səbəb ola bilər. Bu, elə yerindəcə, mitinqdə və ya başqa məkanda baş verə bilər. Panik atak zamanı kifayət qədər efektiv olan belə təcrübələr var: Görə biləcəyiniz beş şeyi; hiss edə biləcəyiniz dörd şeyi; eşitmək istədiyiniz üç şeyi, məsələn, quş səsi, helikopter səsi; qoxusunu ala biləcəyiniz iki şeyi və dadını hiss edəcəyiniz bir şey xatırlayın. Bu texnika adamı onlara diqqətini cəmləyərək hisslərinə qaytarır. Panik atakın yaratdığı stresi hiss etmək qabiliyyətimizi məhdudlaşdırır və bu təcrübə bizə məhz onları geri qaytarmağa kömək edir.

 

Bilavasitə yerində yaranan panik ataka gəlincə, bizim üçün hər hansı dəyərli əşyanı yanımızda gəzdirə bilərik. Fərq etməz, bu valideyindən hədiyyə olunmuş üzük, dostunuzun hədiyyə etdiyi bloknot ola bilər. Panik olduğunuz və ya narahat olduğunuz zaman, bu şeyə fiziki olaraq toxunmalı və yanınızda olduğundan əmin olmalısınız ki, o, oradadır. Bu, təhlükəsizlik hissi verir və müvafiq olaraq stresi azaltmağa da kömək edir.

"Bu emosional itkimizi kim ödəyəcək?" — Sosial şəbəkələrdə bu suala tez-tez rast gəlirik. Bu insanlara biz nə cavab verə bilərik? Bütün bunlara görə kim cavabdehdir və doğrudan da, indiki siyasi gündəmdən hər bir vətəndaşa dəyən həmin mənəvi ziyan necə ödənilə bilər?

— Ümumiyyətlə, mental sağlamlıq, fiziki sağlamlıqdan fərqli olaraq, hiss oluna bilmədiyi üçün, bu cür ziyana görə kompensasiya tələb etmək, xüsusən də bizim kimi ölkələrdə böyük problemdir. Təbii ki, mənəvi zərərin ödənilməsi ilə bağlı təcrübələr var, lakin bunlar daha çox fərdi hallardır. Lakin dövlətin bu proseslərlə vətəndaşlara vurduğu, gələcəkdə təkcə bizə deyil, övladlarımıza da təsir edəcək zərərin necə və kimlər tərəfindən ödəniləcəyini söyləmək çətindir. Gürcüstanda dövlətin nəinki bunun üçün kompensasiya modeli yoxdur, həm də mental sağlamlıq ümumi səhiyyəyə inteqrasiya olunmayıb. Məsələn, Britaniyada dövlət 6-12 seans koqnitiv davranış terapiyasını tam qarşılayır və bu stresin dövlət tərəfindən yaranıb yaranmaması heç zəruri deyil. Bilirik ki, terapiya kifayət qədər bahalı prosedurdur. Buna o da əlavə olunur ki, bir qayda olaraq, iki və ya üç seansda nəticə əldə etmək mümkün deyil. Nəticə etibarı ilə stres keçirən və müalicəyə ehtiyacı olan adam əlavə maliyyə gərginliyi də yaşayır. Bizim bu gün gördüklərimizi, hansı mental ziyanla üzləşdiyimizi, həqiqətən bir və ya iki seansda həll etmək mümkün olmayacaq. Ancaq bu barədə kim düşünməlidir? Aydındır ki, bu gün sözdə “Hökumət” bu haqda düşünməz, elə deyilmi? Bu, onların maraqlarına daxil deyil. Bununla belə, gələcək hakimiyyət vaxtının və emosional resurslarının ən böyük hissəsini bu proseslərə həsr etmiş insanlara nə təklif edəcəyini düşünməyə başlamalıdır. Onlara psixoloji cəhətdən necə dəstək olmaq olar? Onu da qeyd etmək lazımdır ki, təbii olaraq hər kəsin terapiyaya ehtiyacı olmayacaq. Lazım olduğu halda, vətəndaşlar üçün on iki sessiyanı tam maliyyələşdirən ən azı Avropa modelini tətbiq etmək lazımdır. Bu baxımdan dövlətin öz vətəndaşlarının qayğısına qalmaq öhdəliyi ilə yanaşı, bunun klinik və tədqiqat əhəmiyyəti də olacaq, çünki bu cür etirazların doğurduğu stresin çox spesifik konteksti var və buna görə də biz bu məsələdə bu insanların təcrübələrinə əsaslanaraq bir çox mühüm nəticələr çıxara biləcəyik.

Məqalənin müəllifi: İnqa Ğoğoberidze

Əsas şəkil: Ludi Leiva / Supermaker

Bu məqalə “Urgent Action Fund” - nun maliyyə dəstəyi ilə hazırlanıb

მსგავსი სტატიები

მსხვერპლის დადანაშაულება, ძალადობა, გაუპატიურება, სექსიზმი

რას ნიშნავს მსხვერპლის დადანაშაულება და რატომ ხდება ის?

რას ნიშნავს მსხვერპლის დადანაშაულება? — როდესაც დანაშაულის ან ძალადობის შემთხვევაში საზოგადოება პასუხისმგებლობას მთლიანად ან ნაწილობრივ მსხვერპლს აკისრებს

ჩემი ფსიქიკა
სექსუალური, ფანტაზია, ფეტიში, ქინქი

სექსუალური ფანტაზიები და ფეტიშები — რა უნდა გვესმოდეს?

რას ნიშნავს სექსუალური ფანტაზია, „ქინქი“, ფეტიში და პარაფილია? — რომლებია ყველაზე ხშირი სექსუალური ფანტაზიები და რა განაპირობებს მათ??

სიამოვნება და სექსი
პორნოგრაფია, პორნო, ყურება, დამოკიდებულება, დადებითი, უარყოფითი

პორნოგრაფია — მისი დადებითი და უარყოფითი მხარეები

რა საფრთხეებს შეიცავს ე.წ. „პორნოს“ ჭარბად ყურება? როგორ შეიძლება პორნოგრაფიისგან მაქსიმალური სიამოვნების მიღება და ჯანსაღი ურთიერთობის შენარჩუნებაც?

სიამოვნება და სექსი
ადრეული, ქორწინება, ადრეული, არასასურველი, ორსულობა, ნაადრევი, რისკები, გამოწვევები, adreuli, qorwineba, gogoebi, gogonebi, გოგოები, გოგონები, ბავშვები, bavshvebi, bavshvta, ბავშვთა

ადრეული ქორწინება და არასასურველი ორსულობა — რისკები და გამოწვევები

რა რისკები ახლავს ადრეულ (ნაადრევ) ქორწინებას? — ნაადრევი სქესობრივი კავშირი, განათლების/სკოლის მიღმა დარჩენა, ოჯახური ძალადობა, სქესობრივი გზით გადამდები ინფექციები (სგგი), ადრეული ორსულობა. როგორ მოვაგვაროთ ადრეული ქორწინების პრობლემა?

ჩემი სექსუალობა
ადრეული, ქორწინება, ბავშვთა, მიზეზები, შედეგები, უარყოფითი, მხარეები, საზიანო, არასრულწლოვნები, გოგოები, ბავშვები, მოზარდები, თინეიჯერები, adreuli, ნაადრევი, naadrevi, qorwineba, mizezebi, shedegebi, saziano, bavshvta, bavshvebi

ადრეული ქორწინება — მისი გამომწვევი მიზეზები და საზიანო შედეგები

რა იწვევს ადრეულ (ბავშვთა) ქორწინებას? — სიღარიბე, შეზღუდული განათლება, სექსუალური განათლების სიმწირე, ტრადიცია და რელიგია, დაუცველობა. ადრეული ქორწინების მაჩვენებლები მსოფლიოში და საქართველოში და მისი საზიანო შედეგები.

ჩემი სექსუალობა

გააზიარე სტატია

SİYASİ ETİRAZLAR ZAMANI VƏTƏNDAŞLARIN EMOSİONAL ZƏRƏRİNİN ANATOMİYASI — PSİXOLOQLA MÜSAHİBƏ

ხშირად დასმული კითხვები

?

...

დამატებითი ინფორმაცია