Facebook Script

Küçədən seçki məntəqələrinə qədər — insanlar niyə yeni seçki tələb edir?

28 noyabr 2024-cü il tarixindən sonra Gürcüstanda etiraz dalğaları dayanmır və hər gün müxtəlif formalarda transformasiya olunur.

Mitinq iştirakçılarına qarşı hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri, gəncləri döymək, həbs etmək, adamları küçədən qaçırmaq, evlərdə axtarış aparmaq, qorxu və məyusluqla deyil, ictimaiyyətin görünməmiş birliyi ilə müşayiət olundu: Müəllimlərin, nənələrin və babaların, anaların, ataların, İT mütəxəssislərinin, rəssamların, moda sənayesi nümayəndələrinin, qurulların, imerllərin, meqrellərin, racvellərin və başqalarının yürüşləri bütün şəhəri əhatə edirdi. Gecə aksiyaları gündüzlə də əvəz olundu.

Xalq nə tələb edir? — Yenidən seçkilər keçirilməli, qanunsuz həbsdə olan şəxslər azad edilməlidir.

Tələblərin ikinci bəndi ilə bağlı heç bir sual yoxdur. Hazırda qeyri-qanuni və siyasi baxımından həbsdə olan gənclərin azadlığa buraxılması hamımızın bir nömrəli prioritetidir.

Yenidən seçkiyə gəlincə, onun ətrafında çoxlu suallar yaranır.

Mitinq iştirakçılarının niyə təkrar seçkiləri tələb etdiyini və bunun mövcud siyasi reallığa necə təsir etdiyini başa düşmək üçün iyirmidən artıq mitinq iştirakçısı ilə söhbət etdim. Onlar təkrar seçki tələbini iki tarix və müvafiq olaraq iki hadisə ilə izah edirlər:

  • 26 oktyabr — saxta seçkilər;
  • 28 noyabr — İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırılması ilə bağlı bəyanatı.

“Oktyabrın 26-da keçirilən seçkiləri saxtalaşdırmış olmasalar belə və həqiqətən də qalib gəlsəydilər, Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsini dayandırması ilə bağlı bəyanatı ölkənin konstitusiya çərçivəsindən çıxarılmasıdır. Avropaya ləyaqətlə gedəcəklərinə inanan tərəfdarları və seçiciləri də daxil olmaqla, onlara belə bir qərar vermək üçün bu mandatı heç kim verməyib. Bu adamları da aldadıblar. Hakimiyyət konstitusiya çərçivəsindən çıxıb və belə bir qərar verəndə təbii ki, onun legitimliyi məsələsi də sual altında qalır” Aksiya iştirakçısı Keta, 23-cü gündür ki, hər gün Rustaveli prospektindədir”.

Vətəndaşlar arasında qeyri-legitim hakimiyyətə qarşı qəzəbin çox güclü olmasına baxmayaraq, sorğuda iştirak edən fəalların demək olar ki, tam əksəriyyəti qeyd edir ki, təkrar seçkilərə alternativ yoxdur və hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi istisna olmaqla, başqa ssenariyə imkan verməyəcəklər.

Onların qiymətləndirməsinə görə, bu, demokratik dövlətə çevrilmə prosesində ən mühüm siyasi hadisə və yeganə düzgün yoldur.

“Mən bu ölkədə ikinci dəfə hakimiyyətin seçki yolu ilə dəyişməsini istəyirəm. Bu, demokratiyanın ilkin şərtlərindən biridir. Biz Avropa İttifaqına belə daha tez yaxınlaşacağıq. İnqilablardan sonrakı ölkələr onlar üçün daha az etibarlıdır. Demokratiyanı gücləndirmək, Avropa İttifaqına yaxınlaşmaq şanslarını artırmaq üçün” — mən təkrar seçkilərin keçirilməsini istəyirəm, - mitinq iştirakçısı Kristi bildirib.

Təkrar seçkilər mütləq keçiriləcək. Mitinq iştirakçıları buna əmindirlər.

Lakin onlar onu da başa düşürlər ki, biz kifayət qədər ağır hüquqi şəraitdəyik, qeyri-legitim hökumətimiz var və ona görə də ədalətli şəraitdə seçki keçirmək asan olmayacaq, amma bunu tamamilə mümkün hesab edirlər. Mitinq iştirakçıları ilk növbədə oktyabrın 26-da əldə etdikləri təcrübəyə ümid edirlər ki, bu da, necə deyərlər, sözsüz ki, bizi seçki saxtakarlığından qoruyacaq yeni biliyə çevriləcək.

“Biz hər şeyə hazır olmalıyıq və burada müxalifətin də hazırlığını nəzərdə tuturam. Onlar bütün mümkün riskləri müəyyən etməli və bunun qarşısının alınması yollarına da diqqət yetirməlidirlər. “Gürcü arzusu”nun ata biləcəyi hər addımı yenidən nəzərdən keçirməliyik. Bunun baş verəcəyini düşünmədiklərini və ya əvvəlcədən deyə bilmədiklərini cavab olaraq qəbul etməyəcəyik, çünki insanlar arasında nihilizmi qızışdıracaqdılar. Biz bunu artıq eşitmişik. Yenidən seçkilər bir ümiddir, lakin bunun azad seçki olması üçün mütləq bütün cəmiyyət səfərbər olunmalı, məlumatlandırılmalı və mümkün qədər təşkilatlanmalıdır”, — deyə ilk günlərdən etiraz aksiyalarında fəal iştirak edən Nanuka deyir.

Bizimlə danışan konstitusiyaçı Vaxuşti Menabde seçkilərin ədalətli şəraitdə keçirilməsi üçün zəruri olan bir sıra dəyişiklikləri qeyd edir:

  • Birinci — hazırda “Gürcü arzusu”nun tam nəzarətə malik olduğu seçki administrasiyasının dəyişdirilməsidir. “O, yeni qayda ilə təşkilatlanmalıdır və bu qayda konsensusa əsaslanmalıdır”. Bir çox model var və bunun necə həll olunacağına dair çoxlu hesabatlar yazılmışdır. Əsas odur ki, razılıq əldə olunsun, əks halda həlli çətin deyil, idarəni elə təşkilatlandırsınlar ki, heç bir siyasi qüvvənin maraqlarına xidmət etməsin”.
  • İkinci — Hüquq-mühafizə orqanlarının, prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərlərinin və onların müavinlərinin dəyişdirilməsi. “Bu qurumlar gürcü arzusu üçün böyük işlər görür. Prokurorluq cinayətə göz yumaraq, DTX isə seçki proseslərinə birbaşa müdaxilə edərək, o cümlədən vətəndaşları hədələyir. Bu qurumlar siyasi təzyiqdən hökməm azad edilməlidir. Ən yaxşı halda məhkəməni də azad etmək lazımdır, baxmayaraq ki, bu, o qədər də asan olmayacaq və seçkiyə qədər çatıdırılması mümkün olmayacaq amma onları dəyişmək asandır”.
  • Üçüncü — Müvəqqəti hökumətin yaradılması. “Seçkiləri texniki xarakter daşıyacaq müvəqqəti hökumət keçirməlidir. Nəticədə bu gün “Gürcü arzusu”nun malik olduğu inzibati resurs itiriləcək ki, bu da seçkilərin bərabər şəraitdə keçirilməsi üçün mühüm ilkin şərtdir”.
  • Dördüncü — Seçki baryerinin aşağı salınması. “Təbii ki, bariyer ən yaxşı həll yoludur, lakin uğursuz olarsa, o zaman siyasi partiyaların nəyə razılaşacağı barədə razılığa gəlmək məqbul olardı, məsələn, bariyeri hətta 2-3 faizə endirmək yaxşı olardı. Nəticədə daha az səs itiriləcək”.

“Bu dörd addım nəticədə gürcü arzusunun alətlərini puç etməyəcək, lakin onları o qədər azaldacaq ki, ondan sonra seçkilərdə gürcü cəmiyyətinin əhval-ruhiyyəsini əks etdirməyən nəticə ilə yekunlaşdıracaq manipulyasiya miqyasını həyata keçirə bilməyəcəklər.

“İfact” Araşdırmaçı Jurnalistlər Birliyinin jurnalisti Eto Midelaşvili texniki cəhətdən təkrar seçkilərin keçirilməsinin mümkünlüyündən danışıb. O, karusel yaratmaq üçün doğrulama maşınlarından necə istifadə edildiyinə dair İFact-ın araşdırmasının nəticələrini bölüşdü. Bunun əsas səbəbi həmin maşınların yalnız şəxsiyyət vəsiqələrinin oxunması funksiyasına malik olması, seçicilərin yoxlanılmasının isə hələ də həmin aparatın yanında oturan, hakim partiyanın maraqlarının daşıyıcısı olan komissiya üzvlərinə həvalə edilməsi idi.

“Əgər bu maşınların hətta pasport məlumatlarını da oxumaq funksiyası olsaydı, biz seçki günü müşahidə olunan saxtakarlıqdan daha çox qorunmuş olardıq. Yenidən keçiriləcək seçki zamanı bunu nəzərə almaq və dəyişmək tamamilə mümkündür. Proqramçıların bizə izah etdiyi kimi, pasport oxuyucu funksiyası bu cihazlara əlavə edilə bilər, ona görə də yeni cihazların alınmasına ehtiyac yoxdur. Bəli, mütləq görüləcək işlər olacaq və bu dəyişiklik üçün də resurslara ehtiyac olacaq, lakin bu çoxda çətinlik yaratmayacaq. Niyə əvvəlcədən barmaq izi və ya üzün tanınmasını təmin edən aparat almadığımıza gəlincə, MSK bunun külli miqdarda pulla bağlı olduğunu vurğulayır. Bununla belə, cihazın ən azı pasport məlumatlarını oxumaq funksiyasına sahib olması tamamilə mümkündür və proqramçılar da bunu təsdiqləyirlər. Əsas istəkdir”, — “İFact”ın jurnalisti Eto Midelaşvili deyir.

“Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyət”nin (ISFED) hüquqşünası Tatia Kinkladze hakim partiyanın qəbul etdiyi bütün qanunları və ya qanunvericilik dəyişikliklərini təkrar seçki prosesində mühüm maneə kimi müəyyən edir, özünün də qeyd etdiyi kimi, bunlar insan hüquq və ləyaqətinin pozulmasıdır və 26 oktyabr seçkiləri üçün xüsusi olaraq yaradılmışdır. Həyata keçirilən dəyişikliklər nəticəsində seçkilərə bir həftə qalmış məntəqə seçki komissiyası üzvlərinin funksiyalarının yenidən bölüşdürülməsi üçün keçirilən püşkatma mərasimi mühüm dəyişikliklərdəndir. İndiyədək bu, seçki günü baş verirdi. Bu dəyişikliklə komissiya üzvlərinə bir növ təzyiq mexanizmi yaradılıb ki, bu da mahiyyətcə bərabər və ədalətli seçkilərin keçirilməsinə mane  olur. ISFED-in hüquqşünasının fikrincə, ədalətli seçkilərin keçirilməsi üçün bu cür qanunvericilik dəyişiklikləri əvvəlki formasına qaytarılmalıdır. O, bu prosesdə müşahidəçilərin əhəmiyyətini və zəruriyyətini də vurğulayıb.

“Bu il həqiqətən bir çox vətəndaş müşahidəçi kimi qeydiyyatdan keçsə də, pozuntuların dinamikası və seçkiyə qədər hazırlanmış nəzarət mexanizminin sxemi məntəqələrdə nəzarətsiz mühit yaradırdı. Qanun pozuntuları aşkar edildikdən sonra bir çox müşahidəçilər məntəqədən qovulub və ya onların orada müşahidə hüququ məhdudlaşdırılıb. O qədər qanun pozuntuları var idi ki, mərkəzi ofisdən bütün müşahidəçilərlə məsləhətləşməyə artıq resursumuz yox idi. Bununla belə, biz də bu proseslərdə çox şey öyrəndik. Problemlərimizin harada olduğunu başa düşürük və onları necə düzəldəcəyimizi bilirik. Biz artıq bilirik ki, müşahidəçilər fərqli şəkildə bölüşdürülə bilər və xüsusilə çoxlu sayda problem və qanun pozuntusu müşahidə olunan məntəqələrə çoxlu sayda müşahidəçi göndərə bilərik”.

Ümumiləşdirsək, təkrar seçkilərin ədalətli şəraitdə keçirilməsi üçün ilkin şərt kimi vətəndaşlara aşağıdakı addımlar aiddir:

MSK-nın seçki prosesindən kənarlaşdırılması və ya onun əsaslı şəkildə dəyişdirilməsi və yeni qaydada  komplektləşdirilməsi, Prokurorluq və DTX rəhbərlərinin dəyişdirilməsi, texniki müvəqqəti hökumətin yaradılması, beynəlxalq təşkilatların fəal iştirakı, seçki baryerinin azaldılması, müşahidəçilərin daha yaxşı səfərbər edilməsi və onların məntəqələrə düzgün paylanması. Hazırkı siyasi və hüquqi çıxılmaz şəraitdə təkrar seçkilərin keçirilməsinin çətinliyini hamı başa düşsə də, fakt odur ki, aksiya iştirakçıları üçün alternativi olmayan yeganə çıxış yolu seçkidir.

“Avtoritar xüsusiyyətlərə malik bir ölkədə yenidən seçki keçirmək istəmək sadəlövhlük kimi görünə bilər, lakin ölkənin demokratik qaydalara qayıtması, konstitusiya çərçivəsinə oturması son dərəcə həyati əhəmiyyət kəsb edir. İnqilab, qiyam və devrilmənin həll yolu olduğunu düşünmürəm. Təkrar seçkilər MSK və DTX-ni çıxarmaq/yenidən təşkil olunması ilə keçirilməlidir. Bu seçkilər zamanı biz çox şey öyrəndik, o cümlədən mən. Mən müşahidəçi idim və indi hamımız daha hazırlıqlı olacağıq, daha çox biliyə sahib olacağıq. Biz demokratik proseslərə inamı bərpa etməliyik. Bundan əlavə, əminəm ki, Avropa İttifaqı və avropalı dostlarımız seçki prosesində bizə kömək edəcəklər”, — mitinq iştirakçısı Melano deyir.

Məqalənin müəllifi: İnqa Ğoğoberidze

Əsas şəkil: Global Finance 

♦ Məqalə “Urgent Action Fund” fondunun maliyyə dəstəyi ilə hazırlanıb

მსგავსი სტატიები

ჩვენ, ფემეა, დევნილი, ქალები

„ჩვენ“: დევნილი ქალები — ეპიზოდი 1 [ვიდეო]

„ფემეას“ ახალი ვიდეოების სერიის პირველი ეპიზოდი: დევნილი ქალების სამი სხვადასხვა თაობა, სხვადასხვა გამოცდილებებითა და ისტორიებით საუბრობენ ერთმანეთთან, აზიარებენ მოსაზრებებსა და ემოციებს და კიდევ უფრო უახლოვდებიან ერთმანეთს.

ჩემი ამბავი
კაფე, ამრა, აფხაზეთი, ომი, დევნილი, დევნილობა

მოგონებები კაფე „ამრაზე“ აფხაზეთში [ვიდეო]

ფილმში გიორგი ლეკიშვილი (ნინიკოს მამა) საუბრობს თავისი ახალგაზრდობის შესახებ და იხსენებს მოგონებას, რომელიც უკავშირდება ყველასთვის საყვარელ კაფე „ამრას“ სოხუმში. „ამრა“ ერთ-ერთი ყველაზე პოპულარული თავშეყრის ადგილი იყო. სამწუხაროდ, ის დღეს აღარ ფუნქციონირებს.

ჩემი ამბავი
პროტესტი, აქცია, საპროტესტო, ევროპა, ქართული, ოცნება, პოლიცია, სამართალდამცავები, ძალადობა, დემონსტრანტები, მშვიდობიანი, mshvidobiani, demonstrantebi, dzaladoba, samartaldamcavebi, policia, samartali, evropa, aqcia, protesti, saprotesto

ყველგან პოლიცია, არსად სამართალი — როგორ ებრძვიან საპოლიციო ძალები მშვიდობიან დემონსტრანტებს

რა მოხდა 28 ნოემბრის საღამოს და როგორ იქცა ეს დღე იმ უწყვეტი სახალხო პროტესტის ათვლის წერტილად, რომელიც დღემდე გრძელდება?

ჩემი ამბავი

გააზიარე სტატია

Küçədən seçki məntəqələrinə qədər — insanlar niyə yeni seçki tələb edir?

ხშირად დასმული კითხვები

?

...

დამატებითი ინფორმაცია